İstifadə Şərtləri

Aşağıda qeyd edilən şərtlərin hüquqi hökmü (qeyd edilən şərtdən sonra) yalnız bu müqavilədə göstərilən “İstifadəçi” hüququnun əldə edilməsindən sonra keçərlidir və bu hüququn daşıyıcısı tərəfindən qəbul edilir. Müqavilənin tam hüquqi düşmə müddəti “İstifadəçi” statusunun itirilməsindən etibarən 90 gündür. Siz bu statusu əldə etməklə aşağıda göstərilən bütün şərtləri qəbul etdiyinizi bəyan edirsiniz.

Məxfilik və Ümumi Şərtlər.

Bu müqavilədə göstərilən və ya təsvir edilən “İstifadəçi” hüququnu əldə etmiş hər bir şəxsin məxfiliyi eynilə bu müqavilədə göstərilən “Şirkət” hüququnun sahibi üçün önəmlidir. Heç bir halda “Şirkət” tərəfi digər tərəfin məlumatlarını üçüncü tərəflə paylaşmayacaq. Bu müqavilədə göstərilmiş bəzi hallar və yenə bu müqavilədə təsvir edilmiş “Xidmət” məhsuluna daxil olan bəzi məlumatlar xaricində “İstifadəçi” tərəfinə aid olan bütün şəxsi informasiyalar tamamilə qorunacaq və dövlət orqanları da daxil olmaqla heç bir halda digər tərəflərə ötürülməyəcək.

Hüququn qazanılması və sonraki mərhələlər.

  1. Müqavilənin bundan sonraki şərtləri yalnız və yalnız tərəf hüququ qazanmış şəxslərə aiddir və heç bir hüquqi əsasla bundan başqa formada hər hansı bir şəxsə, quruma və ya qeyri-tərəf müqabilinə aid edilə bilməz.
  2. Hər bir şəxs və ya qurum “Xidmət” məhsuluna aşağıda qeyd edilmiş məlumatları təqdim edərək “İstifadəçi” tərəfinə çevrilir:

- dövlət tərəfindən verilmiş və şəxsiyyət əsaslı hər hansı bir sənəddə göstərilən ad, soyad və doğum tarixi;

- şəxsin tərəfindən seçilmiş, tamamilə fərqli istifadəçi adı və parol;

- təsdiqlənmə, bildirişlər və digər halların göndərilməsi, həmçinin məlumatların doğruluğunun əks etdirilməsi üçün şəxsin istifadə etdiyi və ya ümumi şəkildə hazırda istifadədə olan elektron poçt adresi;

Məlumatları təqdim etmiş şəxs razılaşır ki, bu məlumatlar (şifrə də daxil olmaqla) “Xidmət” məhsulunun istənilən prosesləri zamanı istifadə oluna, ötürülə, redaktə və korrektə oluna bilər. Eyni zamanda bu şəxs razılaşır ki, verilən məlumatların doğruluğunu hər zaman “Xidmət” məhsuluna göstərə bilər.

  1. “İstifadəçi” statusunun qazanıldığı təqdirdə bu status üçün “Xidmət” məhsulunun özəlləşdirilmiş bir nümunəsi təqdim edilir. Məhsula daxil olan altməhsullar və funksiyalar, həmçinin hələ test mərhələsində olan tanıtım-funksiyalar tamamilə “İstifadəçi” statusunun öhdəsində olacaq.

Ödənişlər, ödəniş bildirişləri və geri qaytarılma.

“Şirkət” tərəfindən bildirilmədiyi müddətdə hazırda “Xidmət” məhsulu 2 ayrı növdə təqdim olunur – ödənişli və ödənişsiz. “Şirkət” tərəfindən müəyyənləşdirilmiş məbləğ ödəndikdən sonra “İstifadəçi” tərəfinə təqdim olunan məhsul növü ən gec 24 saat içərisində dəyişdirilməlidir.

Ödənişlər edildiyi zaman “İstifadəçi” tərəfinin qeydiyyat prosesi zamanı qeyd etdiyi elektron poçt adresinə “Ödəniş bildirişi” adlı hüquqi sənəd göndərilir. “Ödəniş bildirişi”-nin keçərlilik müddəti digər bildirişin göndərildiyi ana qədərdir və həmin andan etibarən keçmiş bildirişin hüquqi əhəmiyyəti qalmır. “Ödəniş bildirişi” aşağıda göstərilən məlumatları özündə daşıyır:

- “İstifadəçi” tərəfinin hazırda keçərli qeydiyyat məlumatları;

- “İstifadəçi” tərəfindən ödənişin edildiyi bank-rektivizit məlumatları və tarix;

- Ödəniş məbləği, keçərli ödəniş tarixi;

Bu məlumatların qeyd edilmədiyi və ya əksik qeyd edildiyi “Ödəniş bildirişi” tamamilə keçərsizdir. “İstifadəçi” tərəfi hüquqi problemlərin yaranmaması üçün belə problemləri “Şirkət” tərəfinə bildirməlidir.

“Şirkət” tərəfi bu müqavilə ilə razılaşır ki, istənilən hər hansı səbəb olarsa “İstifadəçi” tərəfinə “Ödəniş bildirişi” göndərildiyi tarixdən etibarən 72 saat ərzində ödənilən məbləği qaytarmalıdır.

Kontentlər və müəllif hüquqları.

“İstifadəçi” tərəfi razılaşır ki, “Xidmət” məhsuluna daxil olan bütün altməhsullar və funksiyalar, həmçinin hələ test mərhələsində olan tanıtım-funksiyalardan istifadə zamanı yarana biləcək bütün hüquqi məsələlərdə yeganə müqabil tərəf özüdür. Bu mühitdə paylaşılmış və aşağıda xüsusi olaraq qeyd edilmiş kontentlərdə yarana biləcək hər hansı müəllif hüququ problemləri heç bir halda “Şirkət” tərəfinə aid deyil:

- paylaşılmış fotolar, hərəkətli fotolar (GIF) və videolar;

- paylaşılmış musiqilər, həmçinin albom qapaqları;

Eyni zamanda “İstifadəçi” tərəfi razılaşır ki, “Şirkət” tərəfi keçərli səbəb göstərməklə qeyd edilmiş kontent qruplarından birini və bir neçəsini silmə, redaktə və korrektə etmə hüququna sahibdir. Bu keçərli səbəblər aşağıda qeyd edilmişdir:

- kontentlərdə milli mənsubiyyətin alçaldılması, millətlərarası problem yarada biləcək hər hansı bir obyektin və ya nişanın olması, eyni zamanda hər hansı bir millətin və ya ölkənin atributlarından hər hansı birinə qarşı təhqiredici ifadə, simvol və ya obyektin olması;

- irqi, cinsi və dini ayrıseçkiliyə, həmçinin siyasi və dini baxışlara yönümlü təhqiredici ifadə, simvol və ya obyektin olması;

- terror və ya hazırda terrorizm olaraq görülən siyasi mənsubiyyətlərin (Nasizm və s.) yayılmasına xidmət edən kontentlər və ya hər hansı bir parçanın kontentlərdə olması;